seirler.info
Olmuşdur
Cahan üzün günəşindən münəvvər olmuşdur,
Səba saçın qoxusundan müəttər olmuşdur.
Ləbin qatında ki, andan utandı abi-həyat,
Şəkər sözün nə deyim, çün mükərrər olmuşdur.
Dua ilən nə diləyim səninçün həqdən kim,
Iki cahan sana həqdən müyəssər olmuşdur.
Kimin ki, könlü dilədi ayağını öpmək,
Başını oynamaq ana müqərrər olmuşdur.
Nəsibimi necə sə’y ilə artırım, çünkim,
Əzəldə nəhnü qəsəmna müqəddər olmuşdur.
Səhər yeli əsəli sünbülün diyarından,
Məşami-əhli-məhəbbət müəttər olmuşdur.
Nəsimi, ey şəhi-xuban, camalını görəli,
Gözündə surəti-rəhman müsəvvər olmuşdur.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi olmuşdur qəzəli, qəzəllər ,
İmadeddin Nesimi qezelleri , qəzəl , qezel
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri