logo

seirler.info

Olsa

    (Əliağa Vahid)
    
    Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

Hər gun dolanıb başına qurbanin olardım,
Pərvanəsifət ucmağa balüərim olsa.

Mən də sevilərdim bütün aşiqlər icində,
Ahuləri Məçnun eləyən gözlərim olsa.

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,
Əlbəttə, çəzasın cəkər ALLAH kərim olsa.

Biganəyə mən bir belə minnətmi edərdim,
Könlüm kimi bir yari-vəfapərvərim olsa.

Vahid demərəm dərdimi mən başqa nigarə,
Yarım bilir eşgində nə dərdi-sərim olsa.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
olsa qəzəli,qəzəl,qəzəllər , Əliağa Vahid olsa qəzəli, Eliaga Vahid,olsa qezeli, Vahid qəzəllər,super qəzəl, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər