logo

seirler.info

Ölüb əəə!

    (Mirzə Ələkbər Sabir)

    Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!
Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!

Bu qədər qışqırığa durdu qonum-qonşu tamam,
Dəbərişməz də, veribdir deyəsən can, ölüb əəə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!

Çox soyuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, laxtalanıb qan, ölüb əəə!

Cumuxub canına bitlər, birələr, hiss eləmir,
Çalsa əqrəb də, hənuz eyləməz aman, ölüb əəə!

Hansı doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölüb əəə!

Nə "masaj"la, nə "məsnui-tənəffüslə" bunun,
Və nə "dağ" ilə olur dərdinə dərman, ölüb əəə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı,
Hər vilayətdə deyirlər: pa atonnan, ölüb əəə!

Məzəli lap budur ki, bir parə rus damaları,
Qoşulub bunlara derlər ki, müsəlman ölüb əəə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölüb əəə!



______________________________________________
Teqlər:  Mirzə Ələkbər Sabir şeirləri, 
Mirzə Ələkbər Sabir ölüb əə şeiri,şeirlər,
olub ee seiri mirze elekber sabir,seirler,
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə,
ölübəə qəzəli,seir,qezel,seirler,sabir qezel

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər