logo

seirler.info

Olur

    (Əliağa Vahid)
    
    Gözəlim, gözlərinin söhbəti hər yanda olur,
    Bu məlahətli baxışlar quzu, ceyranda olur.
    
    Bir əlac et mənə, istəkli təbibim sənsən,
    Aşiqin çarəsi öz sevdiyi cananda olur.
    
    Bülbül istər gülü, tuti şəkəri, mən də səni,
    Eşq sevdası bu üç aşiqi-nalanda olur.
    
    Nə təbiət gurub ömründə, nə dünya yetirib,
    O gözəllər ki, bizim Azərbaycanda olur.
    
    Gül əgər bülbülü incitsə, "vəfasız" deməyin,
    Qızların taqsırı olmaz, günah oğlanda olur!
    
    Bu gözəllik ki, sənin var, gözəlim, insafən,
    Nə mələkdə, nə pəridə, nə də bir insanda olur.
    
    Mübtəla könlümə bilmirəm nə olub, hər gün itir,
    Axtarırkən yenə ol zulfi- pərişənda olur.
    
    Vahidin bəlli deyil məskəni pərvanə kimi,
    Gah şəm-ə dolanır, gah da gülüstanda olur.
  


_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
Gözəlim, gözlərinin söhbəti hər yanda olur, Əliağa Vahid olur qəzəli,qəzəl, Eliaga Vahid,olur qezeli,qəzəllər, Vahid qəzəllər,super qəzəl,qezel, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər