seirler.info
Ömür keçir karvan kimi
(Cabir Novruz)
Ömür keçir karvan kimi,
Kim qazandı, kim itirdi?
Hey xercledim illerimi,
Nece eziz gün itirdim.
Öz vaxtımı, baxa-baxa
Sepeledim sola, sağa…
Qurşananda keyf-damağa
Bir tapdımsa, min itirdim…
Her bir feslin öz qayğısı,
QIŞ qayğısı, yaz qayğısı,
Övlad tapdım – yüz qayğısı…
Bundan, şe’rim, sen itirdin…
Söylediler: ömür qısa,
Canına bax, vaxtın varsa,
Can qeydine qalandasa,
Can qazandı, men itirdim.
Hicranım vüsal olanda,
Söz yolum hamar olanda,
Te’rifden xumar olanda,
Sevine tapdım, qem itirdim.
Vaxt bir umman, ömür ada,
Getdi bacı, geldi ata.
Bu vefasız zamanada
Ne qeder hemdem itirdim.
Qoy bu sözü könlüm desin,
Susan zaman şe’rim, sesim
İsterem ki, elim desin:
Şairimi men itirdim,
Cabirimi men itirdim.
______________________________________________
Teqlər: Cabir Novruz şeirləri,
Cabir Novruz ömür keçir karvan kimi,
omur kecir karvan kimi cabir novruz,
şeirlər,cabir novruz seirleri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri