logo

seirler.info

Nə danışım ondan sənə

(Elvin Elxanoğlu) (Vüqar Rahinin "Mənə biraz ondan danış" şeirindən təsirlənərək)


    Nə danışım ondan sənə?
Bir önəmi yoxdu daha.
Ondan danış dediyin şəxs
Yoxdu daha bu dünyada...
Axtarmağa gecikmisən,
Üç gün öncə ili çıxıb.
Yaxınları deyirdilər:
“Həsrətin evini yıxıb...”
Deyirlər ki – Sən gedəndən
Səhər-axşam ağlayırmış.
Həsrətin od-alov olub
Ürəyini dağlayırmış...
Neçə dəfə elçi gəlib
Atasından istəmişdi.
O heç kimi istəməyib
Hamısına yox demişdi...
Nə danışım ondan sənə?
Sən gedəndən üç ay sonra
Xəstəliyə tutulubdu.
Çoxu deyir – Yazıq qızın
Ölüb canı qurtulubdu...
Deyirlər ki – Son günlərdə
Adını da sayıqlayıb.
Səsini duymaq istəyib,
Hər gün zəngini gözləyib.
Hətta sənə zəng ediblər,
Nömrənə də zəng çatmayıb...
Nə danışım ondan sənə?
Bax beləcə yaşayıbdı.
Sənə olan sevgisini
Başqasına dəyişməyib,
Lap sonuncu ana kimi
Ürəyində daşıyıbdı...
Nə danışım ondan sənə?
Səni hər gün harayladı,
Heç vaxt bunu bilməmisən.
Bu qədər göz yaşı tökdü,
Bircə dəfə silməmisən...
Haqqında çox eşitmişdim,
Yaman qədirbilməzmişsən.
Sənə görə axıdılan
Göz yaşına dəyməzmişsən!
Sevənlərə səslənirəm:
“Baş qoşmayın beləsinə,
Yüz beləsi qurban olsun
Gözünüzün giləsinə...”
Qədirbilməz biri üçün
Zülm etməyin özünüzə.
Allah qiymətli yaradıb,
Dəyər verin ömrünüzə...
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər