logo

seirler.info

Özü bilsin

    (Əliağa Vahid)
    
    Mən vermişəm öz könlümü yarə, özü bilsin,
    İstər eləsin hicrilə yarə, özü bilsin.
    
    Bilmiş nə bəlalər gətirib başimə zülfü,
    Tökmüş yenə ol mahi-üzarə, özü bilsin.
    
    Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,
    Ölsəm, demərəm bir də dübarə, özü bilsin.
    
    Ol gül məni xar eylədi biganə yanında,
    Bir bilmədi, çox etdim işarə, özü bilsin.
    
    Bimariyəm ol nərgisi-məstin, ölürəm mən,
    Qoy eyləməsin dərdimə çarə, özü bilsin.
    
    Hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə,
    Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin.
    
    Vahid! Məni pərvanətək ol şəmi-cəmalın
    Yaxsın dəxi bundan sonra narə, özü bilsin.
  


_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
özü bilsin qəzəli,qəzəllər,qəzəl, Əliağa Vahid özü bilsin qəzəli, Eliaga Vahid,ozu bilsin qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər