seirler.info
SƏNİ SEVƏNLƏRİN ÖZÜ VƏTƏN
(Xalidə Nuray)
Yaranışdan Vətən bizim özülümüz,
Keçmişimiz, bu günümüz, sabahımız.
Tarixlərin yaddaşında,Vətən səni,
Qorumasaq bağışlanmaz günahımız.
Vətən! Sənsiz bu dünyada söylə, kimik?
Qol-qanadı sındırılmış solan gülük.
Düşməninə ovuc açan muhacir tək,
Vətənsizin ocağında sönən külük.
Vətən, səni sevməyəni sən də sevmə,
Xainlərlə ürəyin heç barışmasın.
İzin vermə, səni qoyub gedənlərə,
Öləndə də, torpağına qarışmasın!
Dağlarımın hər baxışı, gözü Vətən,
Ömrümüzün həm payızı, yazı Vətən!
Xalidənin tükənməyən sözü Vətən,
Vətən! Səni sevənlərin özü Vətən!
______________________________________________
Teqlər: Xalidə Nuray şeirləri,
Xalidə Nuray səni sevənlərin özü vətən şeiri,
seni sevenlerin ozu veten seiri Xalide Nuray,
xalide nuray seirleri,şeirlər,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri