logo

seirler.info

Mən payıza bənzəyirəm

(Aytəkin Səfərəliyeva)
    
Mən Payıza bənzəyirəm.
Bir az hüzün, bir az hüzur.
Qaraltsamda buludları.
Günəş eyni yerdən doğur.

Mən Payıza bənzəyirəm
Hərdən sakit, hərdən dəli
Gəncliymi xəzan edib ,
Tökür bir - bir tale əli.

Mən Payıza bənzəyirəm.
Hərdən isti, hərdən soyuq.
Qış ömrünün qapısında
Həyat salıb məni duyuq.

Mən Payıza bənzəyirəm.
Küləkləri ögey anam.
Yolub töksə saçlarımı,
Öz içimdə özüm yanam.

Mən Payıza bənzəyirəm 
Sağım -solum bəllu deyil.
Xəyallarım havalarda
Tufanlara edir meyil.

Mən Payiza bənzəyirəm 
Mən Payızın bir üzüyəm.
Yaradanın Payız ilə
Yaratdığı əkiziyəm.



  
_______________________________________________
Teqlər:
Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər