logo

seirler.info

Polad Həşimov haqqında şeir

    (Elvin Elxanoğlu)
    
    Polad Həşimovdan danışım sizə,
Allah rəhmət etsin şəhidimizə.
Hər tərəfdə tanınır ad-sanıyla,
Qəbələ fəxr edir qəhrəmanıyla.

Səngər generalı – deyirlər ona,
Ürəkdən bağlıydı doğma yurduna.
Birinci Qarabağ savaşında da
Döyüşdü Ağdamda, Murov dağında.

Aprel döyüşləri başlayan zaman
İgidlik dastanı yazdı qəhrəman.
Döyüşü mərdliklə idarə etdi,
Bir çox yüksəkliyi o azad etdi.

Onun şücaəti dildə gəzirdi,
Adı çəkiləndə düşmən əsirdi.
“Vətən uğrunda” və “Qüsursuz xidmət”,
Bir çox təltifləri var idi, əlbət.

Yaman çox sevərdi əsgərlərini,
Əsgərlə bölərdi öz çörəyini.
Şəxsi heyəti də onu sevirdi,
Döyüşə hamıdan öndə gedirdi.

Evini şəhidə bağışlamışdı,
Azərbaycan onu alqışlamışdı.
Örnək komandirdi, qayğıkeş ata,
Bununçün gəlmişdi sanki həyata.

Hamı yaxşı bilir, iyul ayında
Düşmənlər Tovuza atəş açanda
Yenə də düşmənin önündə durdu,
Sayəsində düşmən geri oturdu.

Düşmən məqsədinə çata bilmədi,
Tovuza addım da ata bilmədi.
14 iyul günü çox ağır oldu,
Bütün Azərbaycan yasa boğuldu.

Həmin gün ürəklər yandı, tutuşdu,
Yeddi nəfər o gün şəhid olmuşdu.
Biri də general Həşimov idi,
Bu artıq düşmənin sonu deməkdi.

Ölümü zəfərin carçısı oldu,
İti qovan kimi düşmən qovuldu.
Qisasçün minlərlə qan axıdıldı,
Erməni ordusu tam dağıdıldı.

Qoy ruhun şad olsun, polad general,
Adı da, özü də Polad general.
Ruhun qarşısında baş əyirik biz,
Sənə həsr olunur şeirlərimiz!

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər