logo

seirler.info

Pula satmayın

    (Elvin Elxanoğlu)
    
    Hər kəsin haqqıdı, sevin, sevilin,
    Sevgi ülvi hissdi, qədrini bilin.
    Sabah görən kimi imkanlı birin
    Sevginizi yarı yolda atmayın,
    Təmiz sevginizi pula satmayın!

    Sevgi əşya deyil, pulla alına,
    Ürək qatar deyil, bilet alına.
    Gülmə bu gününə, ağla yarına,
    Öz şərbətinizə zəhər qatmayın.
    Təmiz sevginizi pula satmayın!

    Toyda hamı səni təbrik edəcək,
    Qədəhi götürən sağlıq deyəcək.
    Toyda xoşbəxtliyin qəbrə gedəcək,
    Sevən qəlbinizə güllə atmayın.
    Təmiz sevginizi pula satmayın!

    Varın-dövlətin çoxalar bəlkə də,
    Evində qulluqçu qalar bəlkə də.
    Evin yox, sarayın olar bəlkə də,
    Sarayda ömürlük həbs yatmayın.
    Təmiz sevginizi pula satmayın!

    Dünya gah işıqlı, gah qaranlıqdı,
    Nə varsa, hamısı bir zamanlıqdı.
    Fələyin dönməsi bircə anlıqdı,
    Tanrı varkən qullara əl açmayın.
    Təmiz sevginizi pula satmayın!
  
    Pul gəldi-gedərdi, anlayın bunu,
    Vallah, bədbəxt edib o pul çoxunu.
    Addımı atarkən düşün sonunu,
    Sonra peşman olub qəmə batmayın.
    Təmiz sevginizi pula satmayın!

    Pulun çox olmasın, canın sağ olsun,
    Ailəndə başın dik, üzün ağ olsun.
    Peşmançılıq sizdən lap uzaq olsun,
    Gəlin özünüzü ucuz tutmayın.
    Təmiz sevginizi pula satmayın!

    Ailəyə mənfəət kimi baxılır,
    Bir ildə minlərlə evlər yıxılır.
    Qismətin üstünə çox şey atılır,
    Qismətlə bu nəfsi gəlin qatmayın.
    Təmiz sevginizi pula satmayın!

    Elvinəm, deyirəm – Eşidin məni,
    Zorla tutmaq olmaz çıxıb gedəni.
    Gəlin tərk etməyin sizi sevəni,
    Özünüzü oda, közə atmayın.
    Təmiz sevginizi pula satmayın!
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər