logo

seirler.info

Bir qadın susursa

    (Elvin Elxanoğlu)
    
    Bir qadın susursa, tükənib artıq,
    Daha xəyal qurmur, yorulub, bitib.
    Bir qadın susursa, onun qəlbindən
    İllərlə yaşayan bir sevgi itib.

    Bir qadın susursa, itirdin onu,
    Daha qatar getdi, gəlməyəcəkdir.
    Bir qadın susursa, inanmır sənə,
    O bir daha sənə dönməyəcəkdir.

    Bir qadın susursa, bir günəş batıb,
    Kiminsə dünyası zülmətə dönüb.
    Bir qadın susursa, qurtarıb sözü,
    Artıq nələrisə qəlbinə gömüb.

    Bir qadın susursa, həyata küsüb,
    Artıq qapanıbdı öz dünyasına.
    Bir qadın susursa, qəlbi qırılıb,
    Bir daha güvənməz o başqasına.

    Bir qadın susursa, bütün dərdləri
    O illər boyunca qəlbinə atıb.
    Bir qadın susursa, bitib göz yaşı,
    Qəlbi göz yaşının içində batıb.
    
    Bir qadın susursa, səbəbkarı var,
    Niyə ümidləri puç olmalıdı?
    Bir qadın susursa, günahkarı var,
    Niyə vaxtından tez qocalmalıdı?
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər