seirler.info
Qarabağ artıq azaddır
(Elvin Elxanoğlu)
Dalğalandı Qarabağda bu gün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi dədə-baba torpağımız,
Canlarını fəda edən şəhidlərin ruhu şaddı.
Xəbər verin Mübarizə - Qarabağ artıq azaddı!
Məhv eylədi düşmənləri, dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın, görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədi onlar bu gün, şəhidlik ən uca addı.
Deyin Polad Həşimova - Qarabağ artıq azaddı!
Qarabağ türk torpağıdı, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdi, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandı, gerisi cəfəngiyatdı.
Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddı!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri