logo

seirler.info

Qara paltarlı qadın

    (Ramiz Rövşən)
    
    Kişilər bir olmur, atam balası, -
    qorxağı var, igidi var.
    Amma hər kişinin öləndən sonra
    qəbri üstə ağlayası
    Bir qara paltarlı gözəl qadına
    ümidi var.
    
    Sən öləndə
    kim olacaq gözlərini bağlayan?
    Qardaşmı olacaq,
    yadmı olacaq?
    Bu dünyada
    bəlkə sənə ən çox ağlayan
    Ən çox ağlatdığın qadın olacaq.
    
    Göz yaşları yuduqca baş daşını,
    Qəbrində qurcalanıb
    deyəcəksən,
    İlahi, illər boyu ağlatdığım bu qadın
    görən necə saxlayıb
    bu qədər göz yaşını?!
    
    Bircə kərə
    nə saçını oxşamışam,
    nə gözünü silmişəm,
    Gözlərimə batır indi
    saçlarının hər dəni.
    İllər boyu
    bu qadına mən axı dərd vermişəm,
    İndi görən niyə çəkir dərdimi?!
    
    Bu qadın
    baş daşımı
    öpüb sığallamaqdansa,
    Yumruğuyla döysə, döysə yaxşıdı.
    Qəbrimin üstündə ağlamaqdansa,
    Məni söysə yaxşıdı.
    
    Yeri, yeri, qara paltarlı qadın,
    Kiri, kiri, qara paltarlı qadın.
    Bu qəbir də min qəbirdən biridi,
    baş daşımı bəsdi basdın bağrına.
    Bütün mənə ağlayanlar kiridi,
    sən də kiri, qəbrim damır, ağlama!


    ________________________________________
    Teqlər: Ramiz Rövşən şeirləri, 
            Ramiz Rovsen seirleri, seir ,
            qara paltarlı qadın şeiri ,
            Ramiz Rövşən qara paltarlı qadın ,
            qara paltarli qadin , super şeir ,
            sevgi şeirləri, ayrılıq şeirləri ,
            təsirli şeirlər , qəmli şeirlər 
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər