seirler.info
Qaytar özümə
(Nüsrət Kəsəmənli)
Arzun,duyğuların kövrək deyilmiş,
Sinəndə döyünən ürək deyilmiş.
Eşqim,sevgim sənə gərək deyilmiş,
Qaytar,öz eşqimi qaytar,özümə.
Bu sevdanın tüstüsünə kor oldum,
Dönük çıxdın el içində xar oldum.
Zülmünü çəkməkdən bezdim,yoruldum,
Qaytar,öz eşqimi qaytar,özümə.
Ümüdsüz sevgiyə güman ayrıdı,
Eşqə,məhəbbətə inam ayrıdı.
Bizim yollarımız tamam ayrıdı,
Qaytar,öz eşqimi qaytar,özümə.
Vuruldum gözünə gözüm günahkar,
İnandım sözünə sözün günahkar.
Özüm, günahkaram özüm,günahkar,
Qaytar,öz eşqimi qaytar, özümə.
Atdığın kəməndə ayıq düşmədim,
Neçə tələ qurdun duyub,düşmədim.
Satılan eşqimdən duyuq düşmədim,
Qaytar,öz eşqimi qaytar,özümə.
Qayıt,bu yollardan çox dedim sənə,
Çatmadı verdiyim öyüdüm sənə.
Eşqimi, alverçün vermədim sənə,
Qaytar,öz eşqimi qaytar,özümə.
Yalvarma,yalançı dilinlə daha,
Qafqaza dağ çəkdin gəl,dinmə daha.
Ürəyim düzəlməz səninlə daha,
Elə yazıq-yazıq baxma üzümə,
Qaytar,öz eşqimi qaytar,özümə.
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler
Nusret Kesemenli seirleri ,
qaytar öz eşqimi qaytar özümə ,
qaytar özümə , ayrılıq şeirləri
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri