logo

seirler.info

Qazilər

    (Elvin Elxanoğlu)
    
    Bu gün qazilərdən danışacağam,
    Vuran əldi, görən gözdü qazilər.
    Vətənə göz dikən xain düşmənin,
    Qorxmadan başını əzdi qazilər.

    Ölümün üzünə gülümsəyərək
    Şəhadət andını içdi qazilər.
    Vətəni canından üstün bilərək
    Öz sağlamlığından keçdi qazilər.

    Gördü ki, vətəni qaranlıqdadı,
    Ona qurban verdi gözünün nurun.
    İtirdi döyüşdə ayağın, qolun,
    Vətən əllərindən tutacaq onun.

    Onlara qüsurlu kimi baxanlar,
    O qüsur sizlərin ürəyindədi,
    Vətən namusuna atılan mərmi,
    Bu gün də qazinin bədənindədi.

    Düşmən qarşısında çəpər oldular,
    Qatil gülləsinə sipər oldular.
    Heç vaxt unutmarıq biz qaziləri,
    Vətən savaşında zəfər çaldılar.
    
    Allah şəfa versin hər birinizə,
    Sizin varlığınız fəxrdi bizə.
    Sağ olun vətənin mərd oğlanları,
    Zəfər yaşatdınız siz ölkəmizə.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər