seirler.info
Qələbə sizinlədir
(Elvin Elxanoğlu)
Ali Baş Komandanım
Verdi zəfər müjdəsi.
Bu gün göyə yüksəldi
“Qarabağ şikəstəsi”.
Şuşa azad olundu,
Sırada Xankəndi var.
Gecə-gündüz döyüşür,
Dastan yazır oğullar.
Yer-göy lərzəyə gəlir
Türkün ayaq səsindən.
Ya Rəbb, qoru onları
Namərdin gülləsindən.
Sağ-salamat qayıtsın
Hər bir əsgər evinə.
Ulu Tanrım, qəbul et
Şəhidi cənnətinə.
Dünya duysun bu səsi,
Bu səs türkün səsidi.
Düşməni diz çökdürən
Ordumun zərbəsidi.
Heç vaxt unudulmayıb
Xocalı faciəsi.
Budu, artıq alınır
Düşmənin ifadəsi.
Qanlar yerdə qalmadı,
Hər bir kəs bilməlidi.
Alqış, şanlı ordumuz,
Qələbə sizinlədi!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri