logo

seirler.info

Qəmliyəm

    (Rəşad Azəri)

    Haqqı haqsız olan yalan dünyada
 Yalanları görən gözü nəmliyəm.
 İnsanların şeytana daş atdığı
 Adətindən qorxan gözü qəmliyəm.

 Güman da qalmayıb kişi mərdinə,
 Zaman gəlib çatıb axır həddinə.
 Şəfası olmayan xəstə dərdinə
 Yanaraq kül olan közü qəmliyəm.

 Nə yaman çətinmiş, həyat, dərslərin,
 Səsi ərşə qalxar fəryad səslərin.
 Bəxtindən kam olan bəxtsiz kəslərin
 Yoluna iz salan izi qəmliyəm.



  
________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər