logo

seirler.info

Qış gəlir

    (Elvin Elxanoğlu)
    orta məktəb illərimin şeiri...

    Köçən durnalar,
    Gələn qarğalar.
    Düşən yarpaqlar
    Dedi – Qış gəlir.

    Duman süründü,
    Dağ ağ göründü.
    Yerə qar düşdü,
    Dedi – Qış gəlir.

    Donan bulaqlar,
    Yatan torpaqlar.
    Baxan uşaqlar,
    Dedi – Qış gəlir.

    Yanan sobalar,
    Qızan otaqlar.
    Buz tutan yollar
    Dedi – Qış gəlir.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər