logo

seirler.info

Qoşma

    (Musa Yaqub)

    Bir məhəbbət harayında oyanmış,  
    Sevgi adlı imtahanda sınanmış,
    Bir-birinin taleyinə sığınmış,
    Bir arzulu ömürdaşıq,ay sonam!

    Gədiklərin çən-dumanı sovuşdu,
    İki cığır gəlib yolda qovuşdu.
    Ürəyimiz bir-birinə qovuşdu,
    Bu yollarda biz yoldaşıq,ay sonam!

    Bir yuvanı isitmişik ikimiz,
    Bir oda,bir ocağadır ərkimiz.
    Balamız var: 
                       bəhər verdi sevgimiz,
    Bir qayğılı,bir sirdaşıq,ay sonam!

    Sel özünü  vurar daşa,yorulmaz,
    İki durna uçar qoşa,yorulmaz.
    Əl ki,əldən bərk yapışa,yorulmaz,
    Bir-birinə arxadaşıq,ay sonam! 
  


  
    ______________________________________________
    Teqlər: Musa Yaqub şeirləri, 
    Musa Yaqub qoşma şeiri,seirler,Musa yaqub sevgi şeirləri,
    qoşma seiri musa yaqub,super seir,sevgi şeirləri,
    şeirlər,musa yaqub seirleri,şeir,seir,super şeirləri,
    qoşma musa yaqub,sevilən şeirlər
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər