logo

seirler.info

Qurban bayramı

    (Elvin Elxanoğlu)
    
    Müqəddəs bir gün də gəldi, yetişdi,
    Qurban bayramınız mübarək olsun.
    Arzumdu: bu günün bütün savabı
    Cəmi şəhidlərə ərmağan olsun!

    Qurban paylaşmaqdı, qurban sevgidi,
    Qurban Yaradana edilən dua.
    Bu gündə açıram əlimi sənə,
    Tanrım sən kömək ol bizim orduya.

    İnşallah, bu bayram sevinc, bərəkət,
    Bol ruzi bəxş edər uca Yaradan.
    Çox şükür, İlahi, sənə min şükür,
    Sən özün uzaq tut bizi bəladan.

    Sən kərəm sahibi, qüdrət sahibi,
    Pənahında saxla hər müsəlmanı.
    Kömək ol kasıba, kimsəsizlərə,
    Əlacsız olanın sənsən dərmanı.

    Ey rəhmət sahibi, rəhmət səndədi,
    Cənnəti bəxş elə sən şəhidlərə.
    Yüzlərlə qazimiz şəfa gözləyir,
    Ya Rəbbim, şəfa ver sən qazilərə.
    
    Artıq bu dünyada savaş olmasın,
    Günahsız körpələr yetim qalmasın.
    Xeyir də sənindi, şər də sənindi,
    Yardım et, heç zaman şər qazanmasın!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər