seirler.info
Qurban olduğum
Bu şeiri Mikayıl Müşfiqin xanımı
Dilbər Axundzadə Müşfiqə yazıb.
Gözlərim yoluna həsrətlə baxar,
Həsrətin qəlbimi yandırar yaxar.
Of! Bilsən ürəyim necə darıxar,
Ay şirin dilinə qurban olduğum.
Müşfiqin ürəyi yarpaqdan incə,
Titrərdi xəfifcə rüzgar əsincə.
Heyrandı hüsnünə o gözəl gəncə,
Xumar Göy gölünə qurban olduğum.
Dilbərəm ilk eşqim günəşdir sönməz,
Ömrümün baharı geriyə dönməz.
Min yol yalvarıram şəklində dinməz.
Özünə,şəklinə qurban olduğum.
______________________________________________
Teqlər: Mikayıl Muşfiq şeirləri,
Dilbər Axundzadə qurban olduğum şeiri,
şeirlər, sevgi şeiri, seirler,sevgi şeirləri,
qurban oldugum seiri dilber axundzade,
Gözlərim yoluna həsrətlə baxar,
mikayıl muşfiq sevgi şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri