seirler.info
Qurumaq
(Zəlimxan Yaqub)
Niyə quruyursan, a yaşıl ağac,
Səni yaşıl vaxtı solduran nədi.
Budaqlar quruyub çöpə dönmüsən,
Səni diri-diri öldürən nədi.
Dəhnəmi quruyub, sumu kəsilib,
Quşlar qanad çalmır budaqlarında.
Yuvamı dağılıb, bülbülmü köçüb,
Nəğmələr səslənmir dodaqlarında.
Günəşmi tutulub, Aymı gizlənib,
Buludmu bağlayıb göyün üzünü.
Dolu budağına atıb daşları,
Kimlər kor eləyib sənin gözünü.
Qurudun, həyatın qurtardı, getdi,
Bir daha göyərmək çətindən çətin.
Dünəni var idi, sabahı yoxdan,
Kökündən quruyan bir məhəbbətin.
______________________________________________
Teqlər: Zəlimxan Yaqub şeirləri,
Zəlimxan Yaqub qurumaq şeiri,şeir,
qurumaq seiri zelimxan yaqub,seir,
zelimxan yaqub seirleri,şeirlər
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri