seirler.info
İnsaf elə az aşiqinə qüssə- kədər ver
İnsaf elə az aşiqinə qüssə- kədər ver,
Gücsüz yaşamaq onçün əziyyətdir, hünər ver.
Gör bir neçə illərdi sənin aşiqinəm mən
Bu sevgimiz olduqca müqəddəsdi,dəyər ver.
Alsa bu şirin canı əcəl, qəbrimə gəlsən
Baş daşımı üç dəfə döyüb daşla xəbər ver.
Meydani-məhəbbətdə döyüş cəngi çalınsın
Ya fəth eləyim qəlbini ya küncdə yer ver.
İman sənin eşqinlə qəzəl ustası olmuş,
Hər kəs bir işin mahiridir,zərgərə zər ver.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri