logo

seirler.info

Analar

    (Rəşad Azəri)
    Şəhid Bəkirov Təbrizin 
    ruhuna ehtiramla...

    Ölümdən qorxmayan məğrur igidə
 Bir ana laylası çalın, analar!
 Düşmənə göz dağı verən igidə
 Bir ana laylası çalın, analar!

 Şəhadət zirvəsi alan şəhidə,
 Tər-qönçə bağında solan şəhidə,
 Muradı gözündə qalan şəhidə
 Bir ana laylası çalın, analar!

 Qapqara geyinib solan anaya,
 Gözləri yollarda qalan anaya,
 Ağarmış saçını yolan anaya
 Bir ana laylası çalın, analar! 



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər