logo

seirler.info

Dos Axtarıram

      (Rəşad Azəri)
  
 Qorxmuram dost yarasından,
 Dostun güvən sırasından.
 Dostlarımın arasından
 Həqiqi dost axtarıram.

 Tikəsini tikə bölən,
 Böyük-kiçik yerin bilən,
 Haqq yolunda mənlə ölən
 Həqiqi dost axtarıram.

 Xəyanəti götürməyən,
 Yalan dilə gətirməyən,
 Duz-çörəyi itirməyən
 Həqiqi dost axtarıram.

 Pul görəndə dəyişməyə,
 Yersiz yerə and içməyə.
 Sirlərimi bölüşməyə
 Həqiqi dost axtarıram.
  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər