seirler.info
Var
(Rəşad Azəri)
Təbiət Tanrının canlı əsəri,
Yağış damlasında gör nə hikmət var.
Niyə bu damlalar sel olub axmır?
Sanki bir nizam var, əmrə xidmət var.
Bu dünya durduqca, bəlkə, duracaq,
Çiçəkli baharın gülü solacaq.
Səndən heç olmamış kimi olacaq,
Bir ölüm mələyi var ki, əlbət, var.
Nə gecə qalacaq, sabah qalacaq,
Məzlumun çəkdiyi nə ah qalacaq.
Nə sultan qalacaq, nə şah qalacaq,
Dünyanın sonu var, bir qiyamət var.
Tövbələr önündə baş əyib dur ki,
Xoş əməl göstərib ömrünü qur ki...
Tanrının istəyin qəlbinə vur ki,
Sonda cəhənnəm var, sonda cənnət var.
Bir doğru yol da var, düz aləmində,
Yanan qəlb köz olar öz aləmində.
Rəşad Azərinin söz aləmində
Haqqın düz yoluna hər an dəvət var.
_______________________________________________
Teqlər: Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri