logo

seirler.info

Rəssam

    (Mikayıl Muşfiq)
    
    Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...

Çək onun qaradan qara telini,
Çək, rəssam çək onun incə belini,
Gözünə çatanda saxla əlini,
Can alan gözünü mən özüm çəkim.

Çək Tanrı verdiyi gözəl qulunu,
Çək dörd bir yanını, sağı solunu,
Çək onun keçdiyi həyat yolunu,
Qoy ayaq izini mən özüm çəkim...


______________________________________________
Teqlər:  Mikayıl Muşfiq şeirləri, 
Mikayıl Muşfiq rəssam şeiri,şeirlər,
sevgi şeiri, ressam seiri mikayil musfiq, 
seirler,sevgi şeirləri, rəssam, 
mikayıl muşfiq rəssam şeiri 

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər