seirler.info
Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız
Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,
Ayəti-tahavü yasin surəti-didarınız.
Qamətin tubadurur, nun vəl-qələmdir qaşların,
Hazihi cənnati-ədnin lə’li-şəkkərbarınız.
Sureyi-vəlleyl zülfün, gözlərin nə’məlbəsər,
Leyk sübhanəlləzi-əsradurur əsrarınız.
Surətin vəşşəms oxuram dəmbədəm ixlas ilə
Ta ki, hüsnünü bəladən saxlasın cəbbarınız.
Qul kəfa billahidir zikri Nəsimi xəstənin,
Həq bilir kim, sümmə-vəchullahdurur didarınız.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi , qəzəllər , qezeller ,
İmadeddin Nesimi qezelleri , qəzəl , qezel
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri