seirler.info
Sahib zühur
(Cəfər Cabbarlı)
Oldu islam əhli səd əfsus kim, islamə dur,
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Bilsə yasin eybi yox, amma ki, sitr etsin üzün;
Qoymayın nisvanı viran məktəbə salsın özün;
Qanmadı heç kəs Qəyurun bu qəyuranə sözün,
Bir baxmın, qoydu xəlayiq axır adını "Kəmşüur";
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Qız ədəb alsın deyə, verdi qəzetlər səsbəsəs,
Taki nisvan milləti-islama olsun dadri-rəs,
Söylərəm, qızlar qızıl xaç salmağa eylər həvəs;
Saqqalım yoxdur, sözümə guş qılmaz heçcə kəs.
Düz yolu millət azıb, girdaba düşdü misli-kür,
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Zərrəcə islama qızdan nəf ola qabil deyil;
Qız ki, var naqisfərasətdir, gözüm, aqil deyil,
Əlli il təhsili-elm etsə, yenə kamil deyil;
Ay canım, qızlar ki, insaniyyətə daxil deyil.
Qızlara insan deyib, məxluq edir başına zur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Qızların təhsili dini-paki eylər sərnigun;
Naqisül-əql olmağından elm ilə çıxmaz cünun.
Bəzi qızlar var hələ, lap qurtarıb darülfünun,
Sonra da paltar geyir, islamı da etmiş zəbun.
Bunlara bişək çəkir düzəx zəbanə çün tənur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Elm təhsilin qıza peyğəmbər etmişdir haram;
Bəzi sarsaqlar bunun əksin deyirlər sübhü şam.
Qəztələr peyğəmbərə böhtan edirlər, bittəmam.
Çox zaman çəkməz qiyamət, şübhəsiz eylər qiyam.
Mən biləm, fərman alıb İsrafil etsin nəfxi-sur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
______________________________________________
Teqlər: Cəfər Cabbarlı şeirləri ,
Cəfər Cabbarlı sahib zühur şeiri,şeirlər,şeir,
Cəfər Cabbarlı qezelleri,qəzəl,qezel,qezeller,
cefer cabbarli sahib zuhur seiri,seirler,
sahib zühur qəzəli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri