seirler.info
Şair qadınsan
(Bəxtiyar Nemətli)
Ruhumun qidası deyirdim sənə,
Həzin nəğmə olub qəlbimə doldun.
Şeirimin mayası deyirdim sənə,
Notları bitməmiş müsiqim oldun.
Sən mənim şeirimin hər misrasına,
Qəlbimdən süzülən ürək sözümsən.
Bu qədər vəfasız, nankor içində,
Dünyanı sevdirən iki gözümsən.
Bir sabah inadla tutub əlimdən,
Məni cənnətinə götürərmisən?
Bir günah işləsəm, qırsam qəlbini
Tutduğun əlimi ötürərmisən?
Sənə sədaqətim pakdır, ülvidir,
Ruhumu oxşayan şeir qadınsan.
Mənim kitabımda yoxdur əvəzin,
Tarixdə iz qoyan şair qadınsan.
______________________________________________
Teqlər: Bəxtiyar Nemətli şeirləri,
Bəxtiyar Nemətli şair qadın şeiri,
sair qadin seiri Bextiyar Nemetli,
bextiyar nemetli seirleri,şeirlər,şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri