seirler.info
Saxlayanım var
(Musa Yaqub)
Həyat yoldaşı Zöhrə xanıma yazdıgı şeir....
Könlümü ilhamda, qəddimi şuxda,
Gözümü işıqda saxlayanım var
Tale nə sir-sifət verib, sağ olsun.
Məni yaraşıqda saxlayanım var.
Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində.
Məni barışıqda saxlayanım var.
Dostlar nə o gücdə, nə o dözümdə
Üzlər gördüm əlim qaldı üzümdə.
Adımı özümdə, haqqı sözümdə
Belə qarışıqda saxlayanım var.
Adam var əriyir ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alaçıqda saxlayanım var.
______________________________________________
Teqlər: Musa Yaqub şeirləri,
Musa Yaqub saxlayanım var şeiri,seirler,
saxlayanim var seiri musa yaqub,super seir,
şeirlər,musa yaqub seirleri,şeir,seir,
musa yaqub saxlayanım var,sevgi şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri