logo

seirler.info

Şəhid Məmmədov Məmmədə ithafən...

    (Elvin Elxanoğlu)
    
    Namərd düşmən güllə atdı,
    Qəlpəsi sinənə batdı.
    Ömrün çiçəklənən vaxtı
    Şəhid zirvəsinə çatdı.

    Rahat yatmadı evində,
    Vətəninin dar günündə.
    Tez yollandı Sədərəyə,
    Qanlı yanvar günlərində.

    Bələd olduq qeyrətinə,
    Qonaq getdin cənnətinə.
    Adın qoyuldu kəndinə,
    Şəhid Məmməd, rəhmət sənə.
    
    Səni daim anacağıq,
    Hər an yada salacağıq.
    Rahat uyu, şəhid Məmməd,
    Qanına qan alacağıq!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər