logo

seirler.info

Sən də bir

    (Cəfər Cabbarlı)

    Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,
    Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.

    Zaği tək daim siyahpuş olma bifikri-xiyal,
    Şaxeye baği vətəndə gül, həzar ol, sən də bir.

    Cəh-cəhi hüzn avər ilə söylə halın millətin,
    Ahü vayla millətə ahəngüdar ol, sən də bir.

    Ruzügarın pənceyi qəhrində solmuş gülləri,
    Görgilən ey qəlbü zanm, dağüdar ol sən də bir.

    Sərsəri badü xəzan soldurudu baği-ğeyrəti,
    Ibrət eylə ey könül, rəncuri ar ol sən də bir.

    Afitabi bəxtü millət pərdeyi-zülmətdədir.
    Hardasan ey nuri-həqq, pərtov nisar ol sən də bir.

    Şeri paki ələman hədyan ilə doldurdular,
    Bunlarə tiğe-zəbanəm, zülfiqar ol sən də bir.

    Şaeran zülfi-nigari tel bə tel firlandilar,
    Firlan ey mu, bunları çal, şahimar ol sən də bir.

    Guşeyi zillətdə millət dad edir, imdadı yox,
    Ey olan məste-səadət, şahsuvar ol sən də bir.

    Naləvü fəryad, vaveyla ucaldıldı göglərə,
    Çatla ey tağü səmavi, tarümar ol sən də bir.

    Yoldan azdı, düşdü girdabi-bəlayə ümmətin,
    Qəbirdən dur, ya Məhəmməd, ya şümar ol sən də bir.

    Zülmü bipayan zalımlardan əzildi millətim,
    Harda qaldın ey ədalət, aşikar ol sən də bir.

    Gəlişin millətdə bəsdir, əsdi bu badi-xəzan,
    Fırlan ey dövranü aləm, növbəhar ol sən də bir.
    ______________________________________________
    Teqlər:  Cəfər Cabbarlı şeirləri , 
    Cəfər Cabbarlı sən də bir qəzəli , sen de bir qezeli ,
    Cəfər Cabbarlı qezelleri , qəzəl , qezel , qezeller ,
    cefer cabbarli sen de bir qezeli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər