seirler.info
Mən səndən üz döndərmənəm
Yüz min cəfa qılsan mənə,
Mən səndən üz döndərmənəm.
Canım ola qurban sənə
Mən səndən üz döndərmənəm!
Sevdim səni mən can ilə,
Qul olmuşam qurban ilə,
Qoy and içim Furqan ilə
Mən səndən üz döndərmənəm!
İsamısan, Musamısan?!
Ya Yusifi-Kənanmısan?
Vallah ki, canım canısan
Mən səndən üz döndərmənəm!
Ey Nəsimi, aşiqmisən?
Həq yoluna sadiqmisən?
Közyərməyə layiqmisən?
Mən səndən üz döndərmənəm!
______________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi mən səndən üz döndərmərəm şeiri,
qəzəllər , qezeller , İmadeddin Nesimi qezelleri ,
qəzəl , qezel , men senden uz dondermerem seiri,
sevgiyə aid qəzəl , sevgi qəzəlləri , sevgi şeiri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri