logo

seirler.info

Sənə necə şeir yazım

    (Elvin Elxanoğlu)
    
    Sənə necə şeir yazım?
    Aciz qalır kəlmələr,
    Səni necə vəsf eyləyim?
    Qorxuram ki, nəzər dəyər.

    Sən o qədər dəyərlisən,
    Almazlar kölgədə qalır.
    Görən günəş inciməz ki,
    Desəm, səndən işıq alır?

    Sənə necə şeir yazım?
    Qələm yazmağa utanır.
    Sən o qədər gözəlsən ki,
    Görən səni mələk sanır.

    Günəş gözlərində doğur,
    Kirpiyinlə şəfəq saçır.
    Bilirsənmi sən güləndə
    Gül üzündə güllər açır?
    
    Sənə necə şeir yazım?
    Sən Tanrının əsərisən.
    Gözəl desəm, düzgün olmaz,
    Sən gözəlin ötəsisən.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər