logo

seirler.info

Sənə yazdım

    (Rəşad Azəri)
  Aygün xanıma ithafən...

 Bu şeiri sənə yazdım:
 Sevənlərin sözlərindən.
 Məni necə sevdiyini
 Gördüm sevən gözlərindən.

 Bu şeiri sənə yazdım:
 Ömrün keçən yollarında.
 Dünya boyda tale yükün
 Daşımısan qollarında.

 Bu şeiri sənə yazdım:
 Bəyazlaşan tellərindən.
 Qayğıların mürəkkəbi
 Kitab yazdı illərindən.
 
 Bu şeiri sənə yazdım:
 Evimin od istisindən.
 Sənə bir ev də qurmuşam:
 Ömrümün şam tüstüsündən. 



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər