logo

seirler.info

Səni dünyalara dəyişmərəm mən

    (Elvin Elxanoğlu)
    
    Səninlə bu dünya gözəldi mənə,
    Səninlə hər anım özəldi mənə.
    Ay mənim sevgimin solmayan gülü,
    Varlığın məlhəmdi sevən qəlbimə.

    Səninlə dəyərli olur zamanım,
    Olmasın, gözəlim, sənsiz bir anım.
    Mən sanki səninlə bütöv oluram,
    Bir gün olmayanda qalıram yarım.
    
    Səni dünyalara dəyişmərəm mən,
    Hər kəsin dünyası özünə qalsın.
    Uca Yaradandan tək arzum budu:
    Səni taleyimə əbədi yazsın!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər