seirler.info
Yaşayış tərzim olub sənsiz əziyyətli Ata
Yaşayış tərzim olub sənsiz əziyyətli Ata,
Yer üzündə məni qoydun sənə həsrətli, Ata.
Sağlığında sənə xatir mənə xoş rəftar olan
Oldu səndən sora çox kinli-küdurətli Ata.
Dünən idi eləbil ki, aramızda getdin
Sənsiz illər necə dövr eylədi surətli Ata.
Məni gör kimlərin ümmidinə atdın getdin
Dəstəyim yoxdur olanlarda ki, minnətli, Ata
Çoxuna rəhm eləyərdin o səbəbdən Allah,
Sənə rəhmət eləsin daima rəhmətli Ata.
Nə yaşın var idi qırx üç, o cavan yaşında
Çox tələsdin gedəsən,cənnətə dəvətli Ata
Təhvil al şair İmanın bu kiçik naməsini,
Bunu hörmətlə öz oğlun yazıb hörmətli Ata.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri