seirler.info
Səsim səsinə öyrəşib
(Cabir Novruz)
Sənsiz məndə dözüm yoxdur,
Səndən özgə kəsim yoxdur,
Səsin yoxsa, səsim yoxdur,
Səsim səsinə öyrəşib...
Çox baxmışam yollarına,
Qol salmışam qollarına,
Bəxtim qızıl xallarına,
Üzüm üzünə öyrəşib...
Əlim zərif əllərinə,
Dilim şirin dillərinə,
Telim ipək tellərinə,
Gözüm gözünə öyrəşib...
Aylar, illər keçə-keçə,
Bir olmuşuq gündüz-gecə,
Səndən sonra, axı, necə,
Mən özgəsinə öyrəşim?..
Bu eşqin möhkəmdi himi,
Dəmir kimi, polad kimi,
Ruhum qaynar həyat kimi,
Bu el qızına öyrəşib...
______________________________________________
Teqlər: Cabir Novruz şeirləri,
Cabir Novruz səsim səsinə öyrəşib,şeir,seir,
sesim sesine oyresib seiri cabir novruz,şeirlər,
şeirlər,cabir novruz seirleri,seirler
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri