seirler.info
Sevdim
(Elvin Elxanoğlu)
Sevdim, səni hər saniyə, hər an yenə sevdim,
Sevdim, ürəyim olsa da büryan, yenə sevdim.
Dözdüm sənin hər işvənə, hər nazına, ey yar,
Qoydum bu məhəbbət yoluna can, yenə sevdim.
Sevməz – dedilər – Düşmə bu sevdayə yazıqsan!
Güldüm, nə deyir bir belə insan?.. Yenə sevdim.
Gülsən, səni mən dərmişəm o sevgi bağından,
Dərdim, əlimə batsa da tikan, yenə sevdim.
Bu eşq üçün, əlbəttə ki çəksəm də əziyyət,
Şükr etdim, axır yaxşı ki, varsan, yenə sevdim.
Elvin, dedilər – Etmə, bu sevdadan uzaq dur,
Ondan sonra bax şair olarsan... Yenə sevdim!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri