seirler.info
Sevdiyim
(Cəfər Cabbarlı)
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.
Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqcs bahar yeli açıq-dağnıq tellərin.
Nazlı əlin umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma seller bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
______________________________________________
Teqlər: Cəfər Cabbarlı şeirləri ,
Cəfər Cabbarlı sevdiyim şeiri,şeirlər ,şeir,
Cəfər Cabbarlı qezelleri,qəzəl,qezel,qezeller ,
cefer cabbarli sevdiyim seiri,seirler
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri