seirler.info
Sevgi qatarı
(Elvin Elxanoğlu)
Gəl üz-üzə dayanaq,
Gözlərimiz baxışsın.
Nə ehtiyac var dilə?
Ürəyimiz danışsın.
Qəlbimizin gözüylə
Görək bir-birimizi.
Sən Leyli ol, mən Məcnun,
Sevək bir-birimizi.
Yeni bir dünya quraq,
Sən günəşim ol mənim.
Gülüşünlə açılsın
Qoy mənim hər səhərim.
Bir az da söhbət edək
Qəlbimizin səsiylə.
Gəl çıxaq səyahətə
Məhəbbət gəmisiylə.
Ya iki bilet alım,
Yaxşısı, belə edək.
Sevgi qatarı ilə
Öz dünyamıza gedək.
Odur, bax qatar gəlir,
Yubanma, bir az tələs.
O qatara sonradan
Çata bilməyib heç kəs.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri