logo

seirler.info

Sevgilim, eşq olmasa

    (Əliağa Vahid)
    
    Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.

Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.

Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.

Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.

Nazənin, rəna gözəllərdir - baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, ayə, nədir?

Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.

Vahidəm mən, sevgilim, məndən xəyanət görməsən,
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
sevgilim eşq olmasa qəzəli,qəzəllər, Əliağa Vahid sevgilim eşq olmasa,qəzəl, Eliaga Vahid,sevgilim esq olmasa qezeli, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər