logo

seirler.info

Sevir

    (Əliağa Vahid)
    
Bəxtiyar aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünu öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəfə bəlasın çəkdim,
Dəli könlüm yenə öl zülfi-pərişanı sevir.

E`tibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!

Əsri-hazırkı gözəllikləri görmür zahid,
İndi də cəhlini gör, rövzeyi-rizvanı sevir.

Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.

Pir könlüm gəlir ilhamə görərkən, hərdən,
Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir.

Vahidin ovçuluğu olsa da, insafı da var,
Öz kəməndinə duçar etdiyi ceyranı sevir.



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
Bəxtiyar aşiq odur ki, onu cananı sevir, Əliağa Vahid sevir qəzəli,qəzəl, Eliaga Vahid,sevir qezeli, qəzəllər, Vahid qəzəllər,super qəzəllər, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər