logo

seirler.info

Sevmədi məni

    (Rəşad Azəri)

    Ömrümün nəşəsi, ömrümün ahı,
    Sənsizlik yarası sevmədi məni.
    Məhəbbət günahı, sevgi günahı,
    Bəxtimin qarası sevmədi məni.

    Dərdimi dağlara, daşamı deyim,
    Oxuyan bülbülə, quşamı deyim,
    Gözlərdən süzülən yaşamı deyim? 
    Dərdimin çarası sevmədi məni.
    
    Həyatı mənimlə başladan, quran,
    Sevgimin yolunda, önündə duran,
    Bütün ağrıları qəlbimə vuran 
    Ömrümün yarısı sevmədi məni. 


  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər