logo

seirler.info

Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var

    Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var,
    Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var.
    
    Pənceyi-bərgi-çinar etmiş mühəyya şanələr,
    Anlamış guya ki, sünbül kakilinin tabı var.
    
    Rahət içün fərş salmış səbzeyi-tər gülşəni,
    Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.
    
    Bulunur hər dərdə istərsən, gülüstanda dəva,
    Həqqəsində qönçənin guya şəfa cüllabı var.
    
    Güldü gül, açıldı nərgis, lalə doldu jalədən,
    Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.
    
    Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, qaliba,
    Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var.
    
    Gər Füzuli meyli-gülzar etsə fəsli-gül, nola,
    Eyş üçün xunabeyi-dildən şərabi-nabı var. 
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Azərbaycan klassik ədəbi irsinin bu nümunəsi orijinal mənbələr əsasında rəqəmsal arxivə daxil edilmişdir. Qəzəl janrının ənənələrinə sadiq qalaraq yazılmış bu əsər, şairin yaradıcılığının əsas hissələrindən biri hesab olunur. Məqsədimiz bu cür ədəbi inciləri qoruyub saxlamaq və gələcək nəsillərə orijinal üslubunda çatdırmaqdır. Əsər orta əsrlər poeziyamızın dil və məna xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

#Şairlər #PoeziyaArxivi #Şeirlər