logo

seirler.info

Sığal

    (Zəlimxan Yaqub)
    
    Qәlbim pәrişandı, könlüm nigaran, 
    Ruhumu meh vursun, yel sığallasın. 
    Dәrdimi başımdan dağıtmaq üçün 
    Saçımı bir yumşaq әl sığallasın. 
     
    Dönsün sevgilimә, dönsün yarıma, 
    Sevgi mәlәklәri gәlsin karıma. 
    Sәslәr sığal çәksin duyğularıma, 
    Tәzәnә xal vursun, tel sığallasın. 
     
    Alın әllәrindәn ağrının, yasın,
    İtmәsin içindә ürәk his-pasın. 
    Şair әllәrinә tikan batmasın, 
    Şair barmaqları gül sığallasın. 
     
    Vurulan durnatәk çıxsam sıradan, 
    Toz kimi әriyib getsәm aradan,
    Yarıda bilmәsә mәni Yaradan,
    Qәbrimin üstünü bel sığallasın.



    ______________________________________________
    Teqlər: Zəlimxan Yaqub şeirləri, 
    Zəlimxan Yaqub sığal şeiri,şeir,
    sigal seiri zelimxan yaqub,seir,
    zelimxan yaqub seirleri,şeirlər
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər