logo

seirler.info

Son görüş

    (Elvin Elxanoğlu)
    
    Neyləyək, bizimki belə gətirdi,
    Nə sən günahkarsan, nə mən günahkar.
    Qismət belə imiş, ayrılmalıyıq,
    Nə qədər sevsək də biz bir zamanlar...

    Artıq bu sevginin qatarı getdi,
    Gecikdik, vaxtında yola çıxmadıq.
    Bəlkə də qatarda heç yer olmadı,
    Bəlkə də yer vardı, bilet tapmadıq.

    Bu görüş sonuncu görüşümüzdü,
    Son dəfə doyunca qoy baxım sənə.
    Bilmirəm nə yalan tapım, nə deyim
    Səni dəli kimi sevən qəlbimə...

    Kəsdiyi peymanı unudub artıq,
    Yalançı vədlərəmi alaldanıbdı?
    Mən necə deyim ki – Sənin sevdiyin
    Özgə birisinə nişanlanıbdı.

    Qaranlıq fikirlər çox yorur məni,
    Sənsiz bu həyatım necə olacaq?
    Sən mənim günəşim olmuşdun axı,
    Sənsiz gündüzüm də gecə olacaq...
  
    Öpüb qoxladığım o saçlarına
    Özgə əllərimi toxunacaqdır?
    İnana bilmirəm, toyda yanına
    Mən deyil, başqası oturacaqdır.

    Birlikdə qururduq biz gələcəyi,
    Görürsən, dünyamız uçub yox oldu.
    Sevgimiz zamansız açan gül idi,
    Şaxtaya dözmədi, solub yox oldu...

    Əlvida, bizimki bura qədərmiş,
    Bir daha qarşına çımayacağam.
    Sənlə yaşadığım o xoş günləri
    Sevgindən xatirə saxlayacağam.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər