logo

seirler.info

Soruş

    (Rəşad Azəri)

    Bağbansız salınan bağ viranədir,
 Gül ətrini gülə baxandan soruş.
 Məhəbbət səhrada bir damla sudur,
 Eşqiylə yandırıb-yaxandan soruş.

 Dünya xatırladır oyun nərdini,
 Zərin yek üzü var, yıxır mərdini.
 İçini yandırıb-yaxan dərdini
 Dərdi şimşək olub çaxandan soruş.
 
 Şair dodağında sözü dünyanın,
 Haqqı yandırıbdır közü dünyanın.
 Nurundan kor olan gözü dünyanın
 Gözündən yaş olub axandan soruş. 



  
_______________________________________________
Teqlər:
Rəşad Azəri şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər